Modern.az

Prezidentin Avstriya səfərindən FOTOLAR

Prezidentin Avstriya səfərindən FOTOLAR

13 May 2013, 09:40

Mayın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vyanadakı Dunay parkında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsini ziyarət ediblər. Modern.az AzərTAc-a istinadən bildirir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyublar.
Dunay parkında dünya mədəniyyətinin tanınmış simalarının abidələri ucaldılıb. Üzeyir Hacıbəylinin abidəsi 2006-cı ilin mayında açılıb.
Dövlət başçısı və xanımı abidənin önündə xatirə şəkli çəkdiriblər.

Daha sonra ölkə başçısı mayın 12-də Vyanada Avstriyanın “OMV AG” şirkətinin baş icraçı direktoru Gerhard Roiss ilə görüşüb. Görüşdə Azərbaycan ilə “OMV AG” şirkəti arasında əməkdaşlıq, enerji sahəsində gələcək birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Prezidentin Avstriya səfərindən fotoları təqdim edirik:


 

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi