Modern.az

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bayram tədbiri keçirilib

Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə bayram tədbiri keçirilib

13 May 2013, 14:38

Modern.az xəbər verir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi Yeni Azərbaycan Partiyasının Gənclər birliyinin birgə təşkilatçılığı ilə “Altun Saray” restoranında  mərhum prezident Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Heydər Əliyev və Azərbaycan” adlı bayram tədbiri keçirilib.

Tədbirin keçirilməsində məqsəd Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini Nərimanov rayonunda geniş şəkildə qeyd etmək, xatirəsini yad etmək, gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdir.  
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov öz çıxışlarında görkəmli şəxsiyyətin tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıblar. Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, onun ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildiriblər.

Tədbirin sonunda incəsənət xadimləri musiqi proqramı ilə tədbirə rəngarənglik qatıblar.


Ulduz İBRAHİMOVA  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi