Modern.az

Putin miqrantlarla bağlı yeni qanun imzalayıb

Putin miqrantlarla bağlı yeni qanun imzalayıb

13 May 2013, 15:07


Rusiya Federasiyasının  prezidenti Vladimir Putin miqrant-satıcıların yüksək dərəcəli mütəxəssislər kimi iş yerlərinə qəbul olunmalarını qadağan edən qanun imzalayıb.
Modern.az-ın məlumatına görə, yeni imzalanmış sənəd bu gün ölkənin rəsmi informasiya saytında yerləşdirilib.
Yeni qanun Rusiyada yaşayan miqrantların ölkənin ticarət sahəsində hər hansı bir adi vəzifədə işləmələrini qadağan etmir.
Qadağa eyni zamanda Rusiyada yaşayaraq yüksək dərəcə almış və mütəxəssis sayılan miqrantlar da şamil olunmayacaq.

Günəş FƏRHADLI 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər