Modern.az

Quba yolunda ağır qəza: Ölən və yaralılar var

Quba yolunda ağır qəza: Ölən və yaralılar var

Hadisə

25 Dekabr 2022, 13:51

Dekabrın 25-də Bakı-Quba yolunda iki yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 72-ci kilometrliyində baş verən hadisə zamanı Quba rayon sakini 1955-ci il təvəllüdlü Şakir Qafarovun idarə etdiyi "Ford" markalı avtomobil beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü ölüb.

 

Yolun Şabran rayonu ərazisində keçən hissəsində isə minik avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Fariz Bayramoğlu və 1975-ci il təvəllüdlü Samirə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat