Modern.az

Faiq Sücəddinov: “Eurovision-2013”-də Azərbaycan təmsilçisinin güclü rəqibləri var”

Faiq Sücəddinov: “Eurovision-2013”-də Azərbaycan təmsilçisinin güclü rəqibləri var”

13 May 2013, 17:48

“Evrovision-2013”-ün rəsmi açılış mərasimi oldu. Bu il Azərbaycanı beynəlxalq mahnı müsabiqəsində Fərid Məmmədov təmsil edəcək. Modern.az bununla bağlı əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinovdan açıqlama alıb. O, Evrovision-2013”-dəki şansımızı yüksək qiymətləndirib.

“Fərid Məmmədov  çox yüksək səhnə bacarığına malikdir. Bu mahnı onun ifasında çox gözəl alınıb. Bu müsabiqədə ilk onluqda olmağımız bizim üçün çox böyük nailiyyətdir. Və mən bunu yüksək qiymətləndiriəm. Fəridin bu müsabiqədə öz layiq olduğu yeri tutacağına inanıram. Builki müsabiqə çox mürəkkəbdir və hər bir dövlətin təmsilçisi qalib olmağa iddialıdır. Fəridin səhnə performansı və ifa edəcəyi mahnı bir-birini tamamlayır və bir peşəkar gözüylə baxsam, uğurlu nəticə əldə edəcəyimizə inanıram. Təbii ki, müsabiqə iştirakçıları arasında bizə rəqib ola biləcək ölkələr var. Mən bunu Bakıda keçirilən müsabiqədə şahidi oldum. Niderland, Albaniya və Türkiyə təmsilçiləri çox maraqlı ifalar nümayiş etdirdilər. Onlara rəqib gözü ilə baxa bilərik”.

Bir çox insanlar bu ilki “Eurovision” hazırlıqlarında laqeydlik olduğunu bildirirlər. “Amma mən öz tərəfimdən baxsam, bunun tamamilə yanlış fikir olduğunu deyərdim”, – deyə F. Sücəddinov bildirib. “Çünki İctimai Televiziya və Radio Yayımları Şurası bu müsabiqəyə çox böyük dəstək verir. Müsabiqədə bəzi ölkələr iştirak etməkdən yayındılar, bu da onların öz işidir”.

Xatırladaq ki, 58-ci “Eurovision” mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək. Ölkəmizi Fərid Məmmədov müsabiqədə “Could me” mahnısı ilə təmsil edəcək.

 

Pərvin Arzuqızı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər