Modern.az

Türkiyəyə məxsus təyyarə yoxa çıxdı

Türkiyəyə məxsus təyyarə yoxa çıxdı

13 May 2013, 17:57


Türkiyə Müdafiə Nazirliyi  F-16/C döyüş təyyarəsinin təlim uçuşundan geri qayıtmaması ilə bağlı məlumat yayıb. Modern.az  türk mətbuatına istinadən bildirir ki,  baş qərargahdan verilən rəsmi açıqlamaya görə pilotun “Tullanıram” mesajından sonra təyyarə ilə əlaqə kəsilib. Pilotun son mesajı bu gün 14:15də Osmaniyə yaxınlığında Amanoslar bölgəsində qeydə alınıb. Açıqlamada təyyarənin axtarışı ilə bağlı genişzolaqlı tədbirlərin davam etdiyi bildirilir.

 

 Elçin AĞAYEV
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır