Modern.az

Ötən həftə 45 mindən çox ağac əkilib

Ötən həftə 45 mindən çox ağac əkilib

Aktual

26 Dekabr 2022, 19:57

"Son bir həftə ərzində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində keçirilən meşəbərpa tədbirləri zamanı 45 000-dən artıq müxtəlif növ ağac əkilib, 600 kiloqramdan çox toxum səpilib".

 

Bunu Modern.az-a açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib.

 

“Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir, hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir”, - xidmət rəsmisi qeyd edib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə bu xəbərlə SİLKƏLƏNDİ - Dəhşətli zəlzələ xəbərdarlığı