Modern.az

Yeraz Abbasəlinin təəssüfü, Yeraz İbrahimin arzusu...

Yeraz Abbasəlinin təəssüfü, Yeraz İbrahimin arzusu...

Ədəbi̇yyat

14 May 2013, 18:44

Mahir Qabiloğlu


1988-ci ilin yay ayları idi. Yardımlıda idik. Nənəmgildə. Atam, anam, mən, xalam Raisə, xalamın əri Abbasəli, oğlu Anar... Şəhərin səs-küyündən uzaq, şəlaləli, bulaqlı, meşəlik bir mühitdə... Darıxmırdıq. Anam üçün anası, atası, bacısı, mənim üçün Anar, atam üçünsə həmpiyalə bacanaq Abbasəli. Qarşıda isə 2 aylıq bir yay tətili...
Günlərin bir günü Abbasəli dedi ki, “ay Qabil, sabah gedəcəyəm şəhərə, xalaoğlu Gülmalı ilə gedəcəyik Vətənə - Dərələyəzə (Ermənistan SSR-ə). Uşaqlığımızı yada salacağıq, qohumlarla görüşəcəyik. Bulaqlardan su içəcəyik”.
Bu sözləri dedikcə Abbasəlinin gözləri parıldayırdı, işıq saçırdı. Bilirdi ki, bu gün Yardımlı bulağından su içən Abbasəli, sabah bu vaxt Dərələyəzdə olacaq. Uşaqlıq dostlarıyla birlikdə. Qəbrüstünə gedəcəklər, odun daşıyıb tonqal qalayacaqlar. Toğlu kəsib kabab bişirəcəklər.
“Kimiydik. Adi, yetim kənd uşağı. İndi isə polkovnikik, prokuroruruq, idarə rəisiyik” deyərək qoyun otaran balacalara özlərini örnək də göstərəcəklər. 


Üstündən iki gün keçdi. Abbasəli Dərələyəzə getmədi. Atam səbəbin soruşanda “Qabil, nə isə Gülmalının işi çıxdı, gedə bilmədik” dedi. Atam sevindi. Abbbasəli getsəydi darıxacaqdı axı...


Yay tətilin başa vurduq. Hamıya məlum, əslində məhcul hadisələr başlandı. Növbəti yay yenə də Yardımlıdaydıq. 1989-cu il idi. Abbasəli qəmgin idi. Dərələyəz yenə də Yardımlıdan cəmi-cümlətanı bir addımlıqda idi. Gülmalı da vəzifədən çıxmışdı. Boş idi. Amma o yerlərə havalanmaq ümidi boşa çıxmışdı. Ara qarışmışdı. Yenə ümid var idi. Bəlkə gələn il... Amma simalarda ümiddən daha çox sual var idi. Keçənilki ümid real idi, builki ümid isə sual. Bütün bunların isə bir cavabı vardı: Təəssüf. Abbasəli bir də Dərələyəzi görməyəcəkdi. Dəfələrlə məzuniyyətə çıxacaqdı. Görməyəcəkdi. Sərhəd Qoşunlarının baş komandanı olacaqdı. Görməyəcəkdi. General-mayor olacaqdı. Görməyəcəkdi. Gülmalı öləcəkdi. Görməyəcəkdi. Eks olacaqdı. Görməyəcəkdi. Bütün bu illərədə onu bir təəssüf boğacaqdı. Allah Gülmalının evin tiksin. Heç olmasa axırıncı dəfə o yerləri görəcəkdik... Üç nöqtə qoyub, köks ötürəcəkdi...


Amma, çifayda...


İbrahim də Ermənıstan SSR-də doğulub. Babası el ağsaqqaı olub. Atası da “myaskombinat”ın direktoru. Kef çəkib. Toyuqları o qədər yumurtlayıb ki, top yerinə yumurtayla basketbol oynayıb. Evləri həmişə qonaq-qaralı olub. Evin qızları qızlar bulağından, İbrahim isə kişilər məclisindən su içib. Ta o vaxtacan ki, məlum, amma məchul hadisələr başlanıb. Bakıya köçüblər. Suraxınada bir ev alıb sığınıblar. Hər şeyləri olub. Bircə Vətəndən yetim olublar. 


İlk günlər siyasi liderləri maksimum, minimum proqramlardan bəhs ediblər. Fikirləşiblər ki, yəqin düzdür, tezliklə Vətənə qayıdacaqlar. Sonra isə siyasi qüvvəyə çevriliblər. Seçkilərdə qalib də gəliblər. Hər şey əldə ediblər. Vətənlərindən başqa. Sonra İbrahim məkətəbi bitirib. İnstituta girib. İşə düzəlib. Vətənə çan atıb. Deyib ki, “gedəcəm Vətənə, “Siyəzən-broyler”in yumurtalarından aparıb, basketbol oynayacağam. Uşaqlığımı yada salacağam. Mənə kişilik məktəbi keçən, adını daşıdığım babamın məzarını ziyarət edəcəyəm. Ağlayacağam, kövrələcəyəm, sevinəcəyəm. Qonşu erməninin pencərəsinə daş atacağam. Haykanuşa göz eləyəcəyəm. Ona “Bahadır və Sona”nağılı oxuyacağam. Göycə gölündən farel balığı tutacağam. Gölün suyunda soyutma bişirəcəyəm. Bakıdan gətirdiyim araqdan babamın ruhuna  yüz-yüz  vuracağam da”.


“İbrahim, İbrahim, ayıl, ayıl. Yaman fikrə getmisən. Səninlə deyiləm?”. Müdiri Həsən müəllimdir. Eloğludur. Göycədəndir. İkisi də kompüterin qabağındadır. Ququlda (“Google”)  kəndlərinin kosmosdan çəkilən görüntülərinə baxırlar.
“Bura bizim məktəbdir. 4 mərtəbəli. Bura isə kəndin o biri başındakı məktəbdir. 3 mərtəbəli. Bura çay. Bura bulaq. Bura Mayıf Qasımın evi. Bura isə  kolxoz sədrinin evi. Bura çəmən, bura orman. Ora isə meşə. Obamız, elimiz.  Uşaqlığımız,  Gəncliyimiz, İlk məhəbbətimiz...”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü