Modern.az

Azərbaycanda qırqovulun kökü kəsilir...

Azərbaycanda qırqovulun kökü kəsilir...

İqtisadiyyat

15 May 2013, 10:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycanın yeni “Qırmızı Kitab”ı hazırlanır. Bu haqda Modern.az-a açıqlama verən Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanov bildirib ki, kitabın quşlara aid olan hissəsi məhz onlar tərəfindən hazırlanır. O, kitabın yaxın vaxtlarda çap olunacağını vurğulayıb.
E. Sultanov həmin siyahıda da artım olduğunu bildirib: “Əvvəl Azərbaycan “Qırmızı Kitabı”nda 36 növ quş salınmışdısa, indi bunların sayı 2 dəfə artıb. Xeyli növ həmin siyahıya alınıb. Hətta bir zamanlar adi quş olan qırqovulun da adı oradadır. Əvvəl Azərbaycanın hər yerində bu quşa rast gəlmək olardı, amma indi Qax, Şəki tərəflərdə bir az qalıb. Bu da qanunsuz ov nəticəsində, ovçuların ov itlərindən istifadəsi nəticəsində baş verir. Qırqovul uzağa uça bilmir, 40-50 metr gedib aşağı enir və əsasən kolluqda gizlənir. Bizdə isə köhnədə belə adət olmayıb, təzəlikcə Gürcüstandan ov itləri gətirilib və onun vasitəsilə qırqovulun demək olar ki, kökünü kəsirlər. İndi alimlər həmin quş növünü də Qırmızı kitaba salırlar”.

Aytən ƏLİYEVA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır