Modern.az

Nəhənglər qurşaq tutub güləşərkən nələr olmur - FOTOLAR

Nəhənglər qurşaq tutub güləşərkən nələr olmur - FOTOLAR

İqtisadiyyat

15 May 2013, 12:05

İdman növləri ilə bağlı təqdim etdiyimiz silsilə fotosessiyalar silsiləsində Modern.az bu dəfə Sumoya müraciət edib.  Sumo dedikdə göz önünə nəhənglərin döyüşü gəlir. 13 əsrlik tarixi olan bu qədim yapon döyüş sənətində mübarizə 4,55 metr diametri olan dairəvi meydançada cərəyan edir.

Kənardan izləyərkən yumoristik əhval bağışlayan bu idman növünün də özünəməxsus qayda – qanunları var.

Sumoda başlıca şərt gözə və beldən aşağı zəif nöqtələrə zərbə vurmaq, saçdan dartmaq qadağandır. Yalnız bədənin və qurşağın müxtəlif yerlərindən tutmaq, tullama fəndi, badalaq və ağrıdıcı fəndlər mümkündür. Sumo döyüşmçüsünün qurşaq hissəsi və ayaqlarının arasından dolanmış xüsusi parça isə mavasi adlanır.

Mübarizə güləşçilərin eyni anda bir-birini dartması və toqquşması ilə başlayır. Üstünlük daha çox hücum edən tərəfdə olur.

Döyüşdə qalib gəlməyin də iki əsas şərti var. Rəqibin ayağının altı istisna olmaqla bədənin istənilən hissəsi yerə ilk toxunandurmaq və ya güləş meydançasından kənara atmaq.

Yuxarıda qeyd etdiyimiz kimi daha çox nəhənglərin döyüşü kimi qəbul edilən Sumoda çəki amili mütləqdir. Yokozunaların(böyük çempion) orta çəkisi təxminən 100 kq-dır. Yüksək divizionda iştirak edən güləşçilərin çəkisi isə 100 kq-dan artıq olması vacibdir.

Modern.az Sumo döyüşlərində yaddaqalan maraqlı və gülüş doğuran fotoları təqdim edir.

 

 

 



 























Elçin AĞAYEV

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir