Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən iş günü hesab edilməyən bayram günləri qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Modern.az-ın xəbərinə görə, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı məlumat paylaşıb.
"Altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz", - deyə A.Osmanqızı bildirilib.