Modern.az

Bakıda polis ağır qəza törətdi - Ölən var

Bakıda polis ağır qəza törətdi - Ölən var

Aktual

30 Dekabr 2022, 14:48

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün saat 01 radələrində Bakı-Ələt magistralının Qaradağ rayonu Qobustan qəsəbəsindən keçən hissəsində 1994-cü il təvəllüdlü Emil Əsədullayevin idarə etdiyi “VAZ” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb.

 

Nəticədə “VAZ”da olan sərnişin, 1993-cü il təvəllüdlü Zərqulu Mirzəliyev aldığı xəsarətlərdən vəfat edib.

 

Qeyd edək ki, qəza törədən sürücü E.Əsədullayev Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantıdır.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə