Modern.az

“Mən elə əvvəlki Əkrəm Əylisliyəm, siyasətdən də uzağam”

“Mən elə əvvəlki Əkrəm Əylisliyəm, siyasətdən də uzağam”

15 May 2013, 15:59


“Heç nəyim dəyişməyib. mən elə əvvəlki Əkrəm Əylisliyəm”. Modern.az saytının məlumatına görə, bu fikirləri “Azadlıq” radiosunun canlı efirində Azərbaycanın keçmiş xalq yazıçısı, qalmaqallı “Daş yuxular” əsərinin müəllifi Əkrəm Əylisli bildirib.

Uzun müddətdir mətbuatdan uzaq düşən yazıçı canlı efirdə bir sıra məsələlərə aydınlıq gətirib. Əvvəlcə qalmaqallı əsərindən söz açan Ə.Əylisli bu hadisənin tarixdə birinci dəfə baş vermədiyini deyib:

“Bu tarixdə birinci hal deyil ki, hansısa əsər kəskin müzakirələrə səbəb olur. Bu əsərin ədəbiyyatdakı taleyini yaşamağa haqqı varsa, yaşayacaq. Yaşamağa haqqı yoxdursa, əsərim yaşamayacaq. Mənim oxucularım nə artıb, nə də azalıb. Hər yazıçının öz oxucusu olduğu kimi,  mənim də daimi oxucularım var. Hər yoldan keçən də oxucu ola bilməz”-deyə yazıçı bildirib.

Ə.Əylisli daha sonra üzvü olduğu Ziyalılar Forumunun fəaliyyətinə toxunub. Forumda iştirak edən bəzi ziyalıların siyasətlə məşğul olduğunu deyərək, özünün siyasi ambisiyalardan uzaq olduğunu bəyan edib:

“Ziyalılar Forumunun əvvəldən heç bir siyasi məqsədi olmayıb. Biz ölkənin mənəvi problemlərinin həllini qarşımıza qoymuşuq. Buna layiq olan mən şəxsən Ziyalılar Forumunu siyasi qurum kimi təsəvvür etməmişəm”.

Anar Rüstəmov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?