Modern.az

Saakaşvilidən məhkəməyə tələb: İşə fasiləsiz baxılsın!

Saakaşvilidən məhkəməyə tələb: İşə fasiləsiz baxılsın!

Dünya

3 Yanvar 2023, 17:16

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili məhkəmədə onun işinə proses tam başa çatana qədər fasiləsiz rejimdə baxılmasını tələb edir.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, eks-prezident bununla bağlı vəkili Şalva Xaçapuridzedən vəsatət qaldırmağı xahiş edib.

 

Saakaşvili bunu sağlamlığına görə artıq fiziki olaraq tükənməsi ilə izah edib və məhkəmədə şəxsən iştirak etmək istədiyini bildirib.

 

O, cəzasının ertələnməsi və ya azadlığa buraxılması ilə bağlı prosesin yekunlaşmasını arzuladığını söyləyib.

 

Qeyd edək ki, Gürcüstanın sabiq prezidentinin işi üzrə növbəti məhkəmə iclası 9 yanvarda keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır