Modern.az

Baltikyanı ölkələrin gəncləri Azərbaycana səfər ediblər

Baltikyanı ölkələrin gəncləri Azərbaycana səfər ediblər

24 Mart 2010, 13:15

Gənclər üçün Təhsil Mərkəzinin dəvəti ilə Baltikyanı ölkələri təmsil edən bir qrup gənclər təşkilatı nümayəndələrinin ölkəmizə tanışlıq səfərinə təşkil olunub. Səfərdən əsas məqsədi Gənclər üçün Təhsil Mərkəzi ilə yaxından tanış olmaq, əməkdaşlıq perspektivlərini müzakirə etmək, eləcə də birgə beynəlxalq layihələr hazırlamaq olub. Gənclər üçün Təhsil Mərkəzində keçirilən sədərin yekun görüşündə qurumun sədr müavini Elnur Axundov bildirib ki, Baltikyanı ölkələrin gənclər təşkilatları ilə əməkdaşlıq Mərkəz üçün böyük əhəmiyyətə malikdir. Çünki həmin ölkələrin gənclər təşkilatlarının bilik və təcrübəsi, eləcə də onların Avropa Birliyinin gənclər proqramı ilə birbaşa çalışması Mərkəz üçün səmərəlidir. Səfərdə iştirak edən gənclər təşkilatları da Gənclər üçün Təhsil Mərkəzinin fəaliyyətindən məmnun olduqlarını, onun öz ölkələrindəki gənclər təşkilatlarından daha səmərəli işlər gördüyünü diqqətə çatdırıb və yaxın zamanlarda birgə proqramlar həyata keçirəcəklərini vurğulayıblar

.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?