Modern.az

İki piyada qəza qurbanı oldu

İki piyada qəza qurbanı oldu

Hadisə

6 Yanvar 2023, 10:49

Son 2 gündə iki piyada qəza qurbanı olub.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlmat verilib.

 

Hadisələrdən ilki yanvarın 4-də saat 12 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində qeydə alınıb. Belə ki, Zəngişalı kənd sakini Y.Cəfərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini B.Əsgərovu vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və yanvarın 5-də orada ölüb.


Analoji hal yanvarın 5-də saat 20 radələrində Səbail rayonu ərazisində baş verib. R.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini N.Qurbanovanı vurub. Nəticədə piyada xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır