Modern.az

Şəkidə ev yanıb

Şəkidə ev yanıb

Hadisə

7 Yanvar 2023, 09:23

Şəki şəhərində yanğın olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, Şəki şəhərində ümumi sahəsi 50 m² olan talvarın taxta atmaları 10 m² sahədə, bitişik ümumi sahəsi 160 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin dam örtüyünün taxta atmaları qismən 10 m² sahədə, içərisində 1 ədəd qapı, 1 ədəd su qızdırıcısı və 1 ədəd paltaryuyan maşın yanıb.

 

Yüksək temperaturdan hamam otağının lambirdən ibarət tavan əriyib. Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?