Modern.az

AYB rəsmisi: “Qan Turalı haqlıdır...”

AYB rəsmisi: “Qan Turalı haqlıdır...”

Ədəbi̇yyat

17 May 2013, 12:37

Modern.az-da AYB-in Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruzun iki köşə yazarının ünvanına atmacasına Qan Turalıdan cavab gəldi. Amma onun “Sayman Aruzun bu iradaına cavab verməyə nə vaxtım, nə də həvəsim var” replikası AYB rəsmisində qıcıq oyadıb:

“Onda belə çıxır ki, ədəbiyyat yalnız Qan Turalı kimi adamlara pul, qonorar verib nəsə yazdırmaq funksiyasıdır. Qan Turalı ədəbiyyatı öz xeyrinə istifadə edir. Qan Turalının ədəbiyyatdan , azadlıqdan və səviyyədən danışmağa ən azı mənəvi haqqı çatmır. Mən onun ədəbiyyatını gəldi-gedər sayıram. Yəni bu gün var, sabah yoxdur. O öz saytında əxlaqsızlığı yaymaqla məşğuldur. Ancaq Sayman Aruz və ona mənsub olan adamlar millətin milli dəyərlərə, azadlığa və bunlar uğrunda döyüşə çağırır. Özü də pulsuz, təmənnasız. Qan Tural haqlıdır, onun milli məsələlərə vaxtı yoxdur və bizlərə vaxtı çatmaz! Bura Azərbaycandır, Azərbaycanda da azərbaycanlı kimi yaşamaq lazımdır, milli dəyərlərə, şəxslərə hörmət edə-edə yaşamaq lazımdır. Mən Qan Turalıdan Cənubi Azərbaycan məsələsinə diqqət göstərməsini gözləməmişəm və gözləmirəm də. Çünki onun ruhu bu məsələrlərə biganədir”.  

 

Elmin Nuri

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir