Modern.az

Pentaqon Amerikanı xarici hücumdan qorumağa qadirl deyil

Pentaqon Amerikanı xarici hücumdan qorumağa qadirl deyil

24 Mart 2010, 17:43

Pentaqon Amerikanı mümkün xarici təhlükələrdən qorumağa qabil deyil. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Milli Strateji İnformasiya Mərkəzinin hazırladığı hesabatda bildirilir. The Washington Times qəzeti yazır ki, Pentaqon Somali quldurları, Meksika narkokartelləri və islam yaraqlıları  ilə səmərəli mübarizə aparmaq qabiliyyətinə malik deyil. Hesabat müəllifləri hesab edir ki, Pentaqon belə bir gerçəkliyi nəzərə almır ki, ölkənin təhlükəsizliyi üçün başlıca qorxu ABŞ-a düşmən olan ölkələr və hərəkatların kooperasiyasıdır.  “Birləşmiş Ştatlar hər şeyə nəzarət etmək istəyir, lakin  başlıca  vəzifənin öhdəsindən isə gələ bilmir “,-deyə hesabat müəlliflərindən Taft Universitetinin professoru Riçard Şults bildirib.

Hesabatda qeyd olunur ki, yaxın 20 il ərzində ABŞ üçün başlıca təhlükələr Əfqanıstan, İraq və Somalidən gələcək. Lakin onlara Rusiya, İran, Çin kimi avtoritar rejimlər də qoşula bilər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?