Modern.az

Gənclərin təhsil sisteminə dəstək veriləcək

Gənclərin təhsil sisteminə dəstək veriləcək

Dünya

17 May 2013, 18:05

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Gənclərin təhsil şüurunun inkişafı və düzgün ixtisas seçiminə dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu barədə ictimai birlikdən məlumat verilib. Layihənin məqsədi cəmiyyətin təhsil şüurunun inkişafına, ali təhsilin səmərəliliyinə və düzgün ixtisas seçiminə dəstək verməkdir. Layihədən əsasən ali təhsil almaq və mütəxəssis olmaq istəyən və bu barədə ixtisas seçimində çətinlik çəkən yeniyetmə və gənclər, habelə təhsillərini davam etdirmək istəyən tələbələr, məzunlar faydalanacaqlar.

Ali təhsil almaq istəyən və ixtisas seçimində çətinlik çəkən yeniyetmə və gənclərin, sonradan təhsillərini davam etdirmək istəyən tələbələrin, məzunların bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Təhsil şüurunu inkişaf etdirmək və düzgün ixtisas seçmək” mövzusunda iki ay təlimlər keçiriləcək. Burada gənclər təhsil almaq, ixtisaslara yiyələnmək və təhsil motivasiyalarını, ixtisaslarını artırmaq, həmçinin xaricdə təhsil və düzgün ixtisas seçimi məsələləri ilə bağlı ətraflı bilgiləndiriləcəklər. Onlara bu barədə mövcud olan mənbələr və internet resurslarının ünvanları da göstəriləcək. Gənclərin bu barədə axtarış taktikaları və yanaşmaları təkmilləşdiriləcək. Gənclərə interaktiv təlim formasında nəzəri və praktiki bilgilər veriləcək, bununla bağlı optimal vərdişlər qazandırılacaq. Həmçinin yeni təkmilləşdirilmiş “qlobus.info” saytında təhsillə bağlı maarifləndirici yazılar yerləşdiriləcək.
Bundan başqa “Təhsilə və ixtisaslaşmaya yeni baxış” adlı kitabça çap ediləcək və yeniyetmə, gənclər, orta məktəblər, universitetlər arasında paylanacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!