Modern.az

Fransa prezidenti seksual azlıqların nikahını təsdiq etdi

Fransa prezidenti seksual azlıqların nikahını təsdiq etdi

Dünya

18 May 2013, 10:40


Fransa prezidenti Fransua Holland bu gün eynicinsli nikahla bağlı qanunu imzalayaraq verdiyi vədi yerinə  yetirib. Modern.az “France Presse”-ə əsasən bildirir ki, qanun homoseksual cütlüklərə övladlığa uşaq götürmək hüququ da verilir. Fransa bununla eynicinslilərin nikahını qanuniləşdirən 14-cü ölkə oldu. Eynicinsli nigahın leqallaşdırılması F.Hollandanın prezident seçkisi kompanyasının aparıcı xətti olub.

Qeyd edək ki, sağçı müxalif qüvvələr qanun layihəsi müzakirəyə təqdim edildiyi gündən etiraz aksiyaları təşkil edib. Bir neçə ay davam edən aksiyalar içərisində mayın 17-də Parisdə təşkil edilən aksiya miqyasına görə çox böyük olub.Lakin heç bir addım Fransa hökumətini fikrindən daşındıra bilməyib.

 

Modern.az

 


 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!