Modern.az

İslam Böyük Britaniyada hakim dinə çevrilə bilər

İslam Böyük Britaniyada hakim dinə çevrilə bilər

18 May 2013, 11:14


Böyük Britaniyada keçirilən son sosiloji araşdırmaların nəticələri böyük rezonansa səbəb olub. Ölkədə 25 yaşadək olan hər 10 şəxsdən biri müsəlmandır. Modern.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ölkədə müsəlmanların artması xristian əhalinin qocalması və azalması ilə paralel baş veririr.

Özünü xristian hesab edənlər cəmi 50% -dir. Xristianların əsas hissəsini yaşı 60-dan çox olan insanlar təşkil edir. 2011-ci il statistikasına görə Böyük Britaniyanın əhalisinin 5%-i müsəlmanlardır. Təkcə son 10 ildə Britaniyaya 600 min müsəlman köçüb. İslamla yanaşı Hinduizm, Buddizm və İudaizmə sitayiş edənlərin də sayı artıb. Ekspertlərin fikrincə bu tendensiya davam etsə, 10 ildən sonra İslam Böyük Britaniyanda hakim dinə çevriləcək.  

 

Vüqar İsmayılov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi