Modern.az

Azərbaycandan yola çıxan velosipedçi Yaponiyaya çatmağa can atır - FOTOLAR

Azərbaycandan yola çıxan velosipedçi Yaponiyaya çatmağa can atır - FOTOLAR

18 May 2013, 17:29
Həmyerlimiz  Ramil  Ziyadov  uzaq  yolun yolçusudur.  Özünün  ad verdiyi dəmir “Qıratı” ilə aprel ayının 10-da doğulub boya-başa çatdığı Bərdə rayonundan yola çıxıb. Məqsədi isə Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevdən nişanə qalmış “Mən fəxr edirəm ki, azərbaycanlıyam” sözünü  –  üçrəngli bayrağımızla təsdiq eləmək üçün Yaponiyaya gedib çatmaqaıdr. Məramı həm də idmanın səyahət və veloturnir növü olan velosipedçilərin yürüşünə bir yeni ad, yeni rəqəm yazmaqdır. Aprel ayında Azərbaycandan çıxan  Ramil Ziyadov Dərbənd, Həştərxan və Rusiyanın digər şəhərlərini arxada qoyaraq, Qazaxıstana, oradan isə Özbəkistana gəlib. Arxada  3200 kilometr yol qoyub. Yaponuiyaya çatmaq üçün isə 10 min kilometr yolu var. Özbəkistandan Qırğızıstana, sonra da yenidən Qazaxıstandan keçib, Vladivostoka çatandan sonra gəmi yolu ilə Yaponiyaya üz tutmaq fikrindədir. Arzusu “dəmir atı”  ilə Yaponiyuanın dəniz sahillərində Azərbaycan bayrağını dalğalandırmaqdır. Deyir ki, bu bayrağı daşımaq çox qürurludur.

”Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Təbiətin şıltaqlığından qorxmayan uzun-uzun yollara yolçu kimi çıxan həmyerlimiz dayanacaq etdiyi yollarda maraqlı hadisələr, insanlarla görüşür, onlara Azərbaycan həqiqətləri haqqında məlumatlar verir. Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı götürdüyü elektron materialları yolboyu yayır. Özbəkistandakı Azərbaycan səfirliyində də həmyerlimizi diplomatlarımız çox mehribanlıqla qarşılayıb, ona köməklik etdilər. Hətta təmirə ehtiyacı olan velosipedini də təmir elətdirdilər.
Yeri gəlmişkən, Qazaxıstanın cənub şəhərlərindən birində - Beyneuda Ramil Ziyadov mağazadan bazarlıq edərkən, fotoaparatını və velosipedinin gecə fanarlarını oğurlayıblar. Qazaxıstanla Özbəkistan sərhədinə qalan 5 kilometrlik yolda isə xarab olan velosipedini öz çiynində daşıyıb.  Buna baxmayaraq, həmyerlimiz ruhdan düşməyib. Axşamlar yaşayış məntəqələrinin yaxınlığında çadır qurur və yerli sakinləri Azərbaycanın milli xörəklərinə qonaq edir.









Ləman Ağayeva,
Daşkənd
  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir