Modern.az

Gənclərə psixoloji mövzularda təlimləır keçirilir

Gənclərə psixoloji mövzularda təlimləır keçirilir

25 Mart 2010, 15:48

Gənclər üçün Təhsil Mərkəzində “Parlaq Düşüncənin Gücü” adlı təqdimat mərasimi keçirilib. Mərkəzdən bildirilib ki, təqdimatın keçirilməsində əsas məqsəd düşüncəni dəyişməklə hansı yeni imkanların əldə edilməsi və yeniliklərin necə qəbul edilməsi barədə gənclərə psixoloji biliklər vermək idi.

Mərkəzin əməkdaşı, gənc psixoloq Saqibə Əhmədova tərəfindən keçirilən təqdimat müxtəlif psixoloji mövzuları əhatə edib. Belə ki, orada “daxili səsimizi eşitməyi bacarırıqmı”, “seçdiyimiz sözlər həyatımıza nə dərəcə təsir edir”, “daxili nitqimizi nə dərəcədə dəyişə bilərik”, “həyatda bizə nəyin mane olduğunu necə bilək”, “özünə inamsızlıq nədən yaranır” və s. mövzulara toxunulub. Qeyd edək ki, təqdimatlar silsilə formada davam edəcək və Mərkəz yaxın vaxtlarda gənclərin psixoloji inkişafı üçün digər proqramlar da həyata keçirəcək

. Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub