Modern.az

Tələbələrin "Gənc idarəçilər" jurnalı işıq üzü görüb

Tələbələrin "Gənc idarəçilər" jurnalı işıq üzü görüb

25 Mart 2010, 16:06

Dövlət İdarəçilik Akademiyası tələbələrinin "Gənc idarəçilər" jurnalının 8-ci sayı işıq üzü görüb. “Gənc idarəçilər” jurnalının baş redaktoru Tamerlan Dəmirbəyli Modern.az-a bildirb ki, nəşrdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilovun “Dövlət qulluqçularının peşəkarlıq təfəkkürü: konseptual çərçivə” adlı məqaləsi dərc olunub və Akademiyada keçirilən tədbirlər haqqında məlumat verilib. Tələbə həyatı bölməsində isə fevral ayı ərzində Akademiya tələbələrinin elmi və ictimai fəaliyyətləri işıqlandırılıb. Belə ki, Dövlət İdarəçilik Akademiyası Diskussiya Klubunun təşkil etdiyi “İnsan alveri: məsələyə kompleks baxış” mövzusunda elmi-maarifləndirici seminar haqqında məlumat dərc olunub və seminar iştirakçılarının qərarı verilib. Jurnalda, həmçinin, Akademiyanın 333-cü qrup tələbəsi Babək Budaqlının “Heydər Əliyevin Azərbaycanda demokratik dövlət quruculuğunda rolu” mövzusunda, 337-ci qrup tələbəsi Tamerlan Dəmirbəylinin “Xocalı soyqırımı sənədləri” mövzusunda, Akademiyanın məzunu, TODAİ-nin magistri Jalə Axundovanın “Azərbaycan regional təhlükəsizliyin təminatında mühüm aktor kimi” mövzusunda, 123-cü qrup tələbəsi Günel Cəbrayılovanın “Şərq və Qərb: sintezdə” mövzusunda, 123-cü qrup tələbəsi Sevda Hüseynovanın “Xərçəng xəstəliyinə yeni yanaşma” mövzusunda, 121-ci qrup tələbəsi Afaq Hüseynovanın “Dünyanın yeni coğrafiyası” mövzusunda elmi məqalələri dərc olunub. Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı