Modern.az

Rusiyada böyük bazar yandı: Ölən var - YENİLƏNİB

Rusiyada böyük bazar yandı: Ölən var - YENİLƏNİB

15 Yanvar 2023, 12:09

Rusiyanın Samara vilayətindəki bazar yanğını zamanı bir nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

Bildirilib ki, yanğının baş verdiyi ərazidən 1 kişi meyiti tapılıb.

 

Hazırda axtarış-xilasetmə qrupunun işlərini davam etdirdiyi qeyd olunub.

 

***

09:37

 

Rusiyanın Samara vilayətində yanğın olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Yanğın Samara vilayətinin Kinel şəhərindəki bazarda baş verib.

 

"Moskva vaxtı ilə saat 02:33-də Kinel şəhərincdə yanğınla bağlı məlumat daxil olub. Gələn bölmələr ərzaq bazarının yandığını müəyyən ediblər. Yanğının sahəsi 1500 kvadratmetrdir", - deyə məlumatda qeyd olunub.

 

Hadisə zamanı ölən və yaralananlar olmayıb. Yanğının söndürülməsinə 97 nəfər canlı qüvvə və 35 texnika cəlb olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya ABŞ-ni də hədələdi - "Poseydon" cəhənnəm yaşadacaq