Modern.az

Uşaqlarda qəbizlik necə yaranır?

Uşaqlarda qəbizlik necə yaranır?

20 May 2013, 10:39


Qəbizlik uşağın yaş həddi ilə bağlı olur. Daha körpə dövrlərdə hələ tam ferment formalaşmaması ilə bağlı olub, uşağın düzgün qidalanmaması nəticəsində üzə çıxa bilər. Əgər uşaqda daimi (requlyar) qəbizlik müşahidə olunursa, onda bu zaman daha çox həzm sisteminin, bağırsaqların funksional pozğunluğu, hər hansısa xəstəliyin fəsadı kimi, ya da anadangəlmə patalogiya kimi qiymətləndirilə bilər.

Həmsöhbətimiz AYSmed tibb mərkəzinin həkim-qastroentroloqu Eldar Rəhimov deyir ki, yeni doğulmuş normal qidalanan sağlam uşaq yemək vaxtı və yeməkdən sonra sakit və gümrah olur, tez-tez altını isladır (gündə 15-16 dəfə) və gün ərzində 2-3 hətta 6 dəfə qarnı işləyir. Süni qidalanmada olan uşaqlarda isə 1-2 dəfəyə qədər olur. 3 yaşa qədər uşaqlarda həftəlik norma 5-6 dəfə götürülür, 3 yaşdan yuxarı uşaqlarda isə 3 dəfədən çox olmur. Analar ana südünü artırmaq üçün tealakton çayı qəbul etməlidirlər.

Yuxarıda qeyd etdiyim kimi qəbizlik alimentar (qidalanma ilə) səbəblə: döşlə qidalanma zamanı südün az olması, qidalanmanın düzgün (yaşa uyğun olmayan tərzdə) aparılmaması, gün ərzində az maye qəbulu, eləcə də hipodinamiya (az hərəkətlilik), uzun müddətli yataq rejimi və bəzi medikamentozlar (kalsium, dəmir preparatları) nəticəsində baş verə bilər. Qəbizliyə klimat (yer, məkan) dəyişikliyi də səbəb ola bilər.

Qəbizliyin digər səbəbləindən biri stress, sinir sistemi gərginliyi ola bilər. Ola bilər ki, bağırsaq çatı, babasil zamanı ağrı hissiyatı uşaqda defekasiya qorxusu yaradır ki, bu da qəbizliyə səbəb olur.

Daha ciddi problemlərə gəldikdə isə qəbizlik bağırsağın motorikasını tənzimləyən sinir və endokrin pozgunluqlar nəticəsində ola bilər, hansi ki, bu da infeksion, irsən və endokrin xəstəliklər nəticəsində (hipotioz, mukovisidoz, Hirşprunq xəstəliyi və s. ) yaranır. Qastrit, xora xəstəliyi, qurd xəstəlikləri qəbizliyə səbəb olur. Bəzən qəbizliyi Disbakteriozun simptomu kimi qiymətləndirirlər, lakin disbakterioz uşaqda çoxlu qaz (köp) və tez-tez nəcis ifrazina gətirib çixarir. Lakin bəzən qəbizlik başqa xəstəliyin fonunda disbakteriozla birgə üzə çıxa bilər.
Qəbizliyə səbəb çox erkən vaxtlardan tərkibində zülal olan qidalardan istifadə: süd məhsulları, ət, toyuq və s. Ana südü ilə qidalanma zamanı əgər uşaq zəif əmmə ilə ləng, az miqdarda süd içirsə, bu da qəbizliyə səbəb olur, amma südün miqdarini artıran kimi qəbizlik aradan götürülür.
Yaxşı olar ki, əlavə qidalanmaya sıyıq və pörtülmüş tərəvəzlərlə başlanılsın. Unutmayaq ki, hər bir uşağa fərdi yanaşmaq lazımdır. Ola bilər ki, qəbizlik yeni qidanın verilməsindən sonra yaransın, belə halda onu digər qida ilə əvəz etmək lazımdır.

Mütəxəssislərin fikrincə, uşağın gücənməsinə səbəb, ya nəcisin çox yüngül olması və anusa təzyiq göstərməməsi, ya da anus əzələlərinin kifayət qədər güclü olmamasıdır. Bəziləri hesab edir ki, çağanın daim uzanması ona nəcisi ifraz etməyə mane olur. Uşağı dik tutanda onun nəcisdən və qazlardan daha tez qurtulduğunu müşahidə edə bilərsiniz. Nəzərə alsaq ki, böyük adam qəbiz olanda yerimək işə yarayır, uşağı da uzadıb, ayaqlarını yığıb-açaraq (velosiped sürürmüş kimi) problemi həll edə bilərsiniz. Əsas səbəbi aradan götürmək lazımdır.
Belə hallarda yadda saxlayın....

Həkim məsləhəti olmadan sərbəst işlədici dərmanlardan istifadə etməyin. Həkim-pediatra müraciət edin, müayinə aparsın, təlabat olduqda qastroenteroloqa yönləndirilməlidir. Psixoloji hal kimi də, ola bilər ki, əgər uşaqlıqda bərk defekasiya, defekasiya aktı zamanı ağrı olubsa qəbizlik yenidən psixoloji olaraq qayıda bilər. İlk növbədə qidalanmanı qaydaya salmaq lazımdır. Uşağın orqanizminə uyğun olan qidalar seçmək lazımdır. Uşaq gördükdə ki, qarnı normaya düşdü və evdə ata-ana narahatçıılığı aradan götürüldü onda bu psixoloji hal aradan qalxacaqdır. Xüsusən nevroloji uşaqlar qəbizliyə meyilli olurlar. Belə hallarda Həkim-nevropatoloqun da müalicədə birgə köməkliyi olur.

Təmizləyici imalələr etmək olar, qarının saat əqrəbi istiqamətində dairəvi massajı mümkündür, bir sıra köp cıxaran məşğələlər etmək olar. 1, 5-2 yaşdan sonra dieta kömək edə bilər: bitki yağı(6-10 ml sutkada), tərkibində konservantı olmayan təbii yoqurtlar, təzə tərəvəzlər - çuğundur, xiyar, kök, meyvələrdən - banan, alma, əncir, qara gavalı, üzüm, turş süd məhsulları, ovsyanka, qara çörək. Ac qarına təbii meyvə şirəsi içmək - alma, çuğundur, gavalı, ərik.. Yağlı bulyonlar, püre, qatı kaşalar - düyülü və mannı, kisel, tünd çay, şokoladlar və tərkibində kakao olan məhsullar.

AZƏR Salehli,
Azərbaycan Tibb Universitetinin tələbəsi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır