Modern.az

67 yaşlı Sabir Rüstəmxanlı: “Deputat həmkarlarım məni təbrik etmədilər” - MÜSAHİBƏ

67 yaşlı Sabir Rüstəmxanlı: “Deputat həmkarlarım məni təbrik etmədilər” - MÜSAHİBƏ

Ədəbi̇yyat

20 May 2013, 13:33

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının doğum günüdür. 1946-cı il mayın 20-də Yardımlı rayonunun Hamarkənd kəndində dünyaya gələn Azərbaycanın Xalq şairi 67 yaşını qeyd edir.

Sabir Rüstəmxanlı doğum günü təəssüratlarını Modern.az-la bölüşüb.

- Sabir bəy, öncə sizi doğum gününüz münasibətilə təbrik edirik. Özünüzü 67 yaşda necə hiss edirsiniz?

- Doğum günümlə bağlı ciddi təəssüratlarım yoxdur. Bu tarix sıradan olan günlərimizdən biridir. Sözün açığı, sevinc hissindən daha çox kədər hiss var ki, ömrümüzdən bir il də getdi. Amma eyni zamanda yaxınlarımın, dostlarımın təbrikləri də müəyyən mənada mənə xoş təsir bağışlayır. O təbrikərin hər birində sənin gəldiyin yola qiymət verilir.  Mən sevinirəm ki, gördüyüm işlərə qiymət verənlər var.

- Doğum gününüzü kimlərlə qeyd edəcəksiniz?

- Mənim dövlət səviyyəsində doğum günüm 50 yaşımda qeyd olunub. O yaşdan sonra mən hər beş ildən bir yaradıcılıq gecəsi keçirirəm. Bu dəfə sadəcə öz ailə üzvlərimizlə bir yerdə olacağıq. Xüsusi olaraq ad günü məclisi keçirməyəcəyik. Öz ailəmizlə qeyd edəcəyik.

- Deputat həmkarlarınızdan və yaxud da partiya rəhbərlərindən sizi təbrik edənlər oldumu?

- Bu gün Milli Məclisin iclası yoxdur. Yəqin ki, iclas olsaydı təbrik edərdilər. Deputat həmkarlarımın heç birinin yadına düşməmişəm. Adətən ad günləri məclisə təsadüf edəndə təbrik edirlər. Mən özüm də bu ad gününün xüsusi qeyd olunmasının tərəfdarı deyiləm.

- 67 yaşınızda hansı hədiyyəni almaq istərdiniz? Sirr deyilsə, indiyədək sizə verilən ən dəyərli hədiyyə nə olub?

- Mən ümumiyyətlə hədiyyə barədə heç vaxt düşünməmişəm. Dostlarımın, yaxınlarımın mənə təbrikləri ən böyük hədiyyələrdir. Dünyanın dörd bir yanından zəng edib, mesaj yazıb ad günümü təbrik edirlər.

Anar RÜSTƏMOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi