Modern.az

Deputat: “Afərin, Azay Quliyev!..”

Deputat: “Afərin, Azay Quliyev!..”

21 May 2013, 16:35

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkə QHT-ləri üçün növbəti maliyyə yardımı müsabiqəsi elan edib. Müsabiqədə yerli QHT-lə yanaşı xarici QHT-də iştirak edə biləcəklər. Xarici QHT-lərin də burada iştirakı QHT Şurasına yaranan etibardan irəli gəlir.

Yəni ötən illərə nisbətən xarici QHT-in Azərbaycan QHT Şurasının keçirdiyi müsabiqəyə layihə təqdim etmələri bir növ ona olan inamın artdığını göstərir.   

ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov Modern.az-a bildirib ki, ATƏT yerli və beynəlxalq vətəndaş cəmiyyəti təşkilatlarının dəstəklənməsinə yönəlmiş istənilən addımı müsbət qiymətləndirir: “Ümid edirik ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni təşəbbüsü bu qurumla beynəlxalq QHT-lər arasında əməkdaşlığını genişlənməsinə müsbət təsir edəcək”.

BMT-nin Azərbaycan üzrə nümayəndəliyindən isə bildiriblər ki, QHT Şurasının tək Azərbaycanda deyil, bütün xarici təşkilatları bu müsabiqəyə cəlb etməyi yüksək göstəricidir:
“Belə bir addımın atılması inkişafın göstəricisidir”.  

Azərbaycan Vətəndaş Cəmiyyətinin  İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov isə bildirib ki, QHT Şurasının təşkil etdiyi bu müsabiqəni yüksək dəyərləndirir: “Nə qədər əməkdaşlıq sərhədləri genişlənsə, ölkə də bir o qədər çox tanınar. Belə bir müsabiqənin keçirilməsi yaxşı nailiyyətə yol açır. İnsanın, dövlətin gücü, təşkilatın gücü əməkdaşlığın genişlənməsindədir. Mən bunu alqışlayıram. Bununla bağlı şura sədri Azay Quliyevlə də söhbətim oldu. Sadəcə olaraq afərin deyirəm”.

Gültəkin Ələsgər  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir