Modern.az

Nino Burcanadze formal prezident ola bilər

Nino Burcanadze formal prezident ola bilər

21 May 2013, 17:56

Gürcüstan parlamentinin keçmiş spikeri, "Demokratik Hərəkat - Vahid Gürcüstan" müxalifət partiyasının sədri Nino Burcanadze bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak edəcək. Modern.az Rusiya KIV-lərinə istinadən bildirir ki, Gürcüstan parlamentinin ictimai-siyasi formunun üzvləri parlamentdə təmsil olunmayan müxalifətə və cəmiyyətə müraciət edərək, seçkidə Burcanadzeni dəstəkləməyə çağırıblar.

Məlumatda həmçinin bildirilir ki, hakim “Gürcü Arzusu” Partiyası təhsil naziri Georgi Marqvelaşvilinin namizədliyini irəli sürüb. Mixail Saakaşvilinin liderlik etdiyi “Vahid Milli Hərəkat” partiyası isə öz namizədini ilkin seçki yolu ilə müəyyənləşdirəcək.

Qeyd edək ki, Gürcüstan Konstitutsiyasına edilən düzəlişə görə, 2013-cü ilin oktyabrında baş tutacaq prezident seçkisində prezidentin inaqurasiyasından sonra bütün səlahiyyətlər parlamentə veriləcək.

Dəyişikliyə əsasən, prezident yalnız formal olaraq parlamentə baş nazir vəzifəsinə namizədlər təklif edə bilər. O, qanunuvericilik təşəbbüsləri irəli sürə bilməz. Eyni  zamanda onun parlamentin növbədənkənar sessiyalarını çağırmaq hüququ da olmayacaq.

 

Elçin AĞAYEV 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir