Modern.az

Azərbaycanlı alim İslam İnkişaf Bankının mükafatını alıb

Azərbaycanlı alim İslam İnkişaf Bankının mükafatını alıb

21 May 2013, 18:31

Tacikistanın Düşənbə şəhərində İslam İnkişaf Bankı (İİB) İdarə Heyətinin iştirakçı ölkələrinin 38-ci illik sessiyası öz işinə başlayıb. İclasda İİB-nın prezidenti Əhməd Məhəmməd Əli, Tacikistan Respublikasının prezidenti Emamali Rahmon, Tacikistanın iqtisadiyyat və maliyyə nazirləri, İİB-kı iştirakçı dövlətlərinin, beynəlxalq təşkilatların maliyyə institutlarının, eləcə də özəl sektorların nümayəndələri iştirak edirlər. Azərbaycanı isə bu mötəbər tədbirdə İqtisadi İnkişaf Nazirliyi aparatının rəbəri Samir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Tacikistandakı səfiri Abbasəli Həsənov təmsil edirlər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Samir Vəliyev bildirib ki, İİB-nin builki sessiyası Azərbaycan üçün iki önəmli məsələ ilə yadda qalıb, əvvəla, Azərbaycan İslam İnkişaf Korporasiyasına üzv olub. İkinci yadda qalan məqam ondan ibarətdir ki, Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun professoru Pərvin Məmmədovaya ənənəvi olaraq 57 üzv ölkə arasında keçirilən elmi tədqiqatlar üzrə müsabiqədə “Azərbaycanda neftlə çirklənmiş torpaqların bioloji yolla təmizlənməsi” adlı elmi işi ilə 1-ci yerə və çox yüksək pul mükafatına layiq görülüb. Bu da Azərbaycan elmi və aliminin əməyinə verilən böyük qiymətdir. Diplomant, müsabiqənin qalibi tədbirə qatıla bilmədiyindən, ona çatacaq mükafat nümayəndəsinə verilib.








Ləman Ağayeva

 
Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı