Modern.az

İlham Əliyev Obamaya başsağlığı verib

İlham Əliyev Obamaya başsağlığı verib

21 May 2013, 18:55

Prezident İlham Əliyev ABŞ Prezidenti Barak Obamaya başsağlığı verib. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısı məktubunda Amerikanın Oklahoma ştatında baş vermiş təbii fəlakətə görə kədərləndiyini bildirib.

“Hörmətli cənab Prezident,
Oklahoma ştatında baş vermiş təbii fəlakət – tornado nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Bu ağır anları Sizinlə bölüşür, yaralananların və xəsarət alanların tezliklə sağalacağına, dağıntıların aradan qaldırılacağına ümidlərimi ifadə edirəm”-deyə məktubda qeyd olunub.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir