Modern.az

Norveçli fotoqraf Bakıdan çəkdiyi şəkli məşhur jurnala təqdim edib - FOTO

Norveçli fotoqraf Bakıdan çəkdiyi şəkli məşhur jurnala təqdim edib - FOTO

İqtisadiyyat

21 May 2013, 18:58

 

Norveçli fotoqraf  Erik Andre JuriksNational Geographic” jurnalına  Azərbaycanla bağlı bir foto təqdim edib. Qış aylarında Azərbaycana səyahət edən fotoqrafın gördüyü bu mənzərə çox uzaqlara – uşaqlıq xatirələrinə aparıb. Modern.az xəbər verir ki, o, fotoaparatının yaddaşına həkk etdiyi bu kadrı “Almalar, Bakı” adı altında National Geographic-ə təqdim edib.

Fotoqraf şəkilə belə şərh verib: “Bakı, qar, soyuq.... Bu mənzərə mənə təkid etdi ki, bir neçə dar küçəyə baş çəkib, yolüstü fotolar çəkim. Azərbaycanın sürətlə dəyişən paytaxtı Bakıda həmişə nəsə tapmaq mümkündür. Küçələrlə addımlayarkən çoxəsrlik yaşı olan “Təzə Bazar”ın yaxınlığında bir mənzərə məni durmağa məcbur etdi. Köhnə sovet maşını “Volqa” və içi dolu qızılı alma.  Bu qəribə səhnə mənə uşaqlığımı, Norveçdəki evimizin zirzəmisini xatırlatdı. Qışda almaları o zirzəmidə saxlayardıq. Qış aylarında o almalar çox şirin olurdu” .

   Elçin AĞAYEV  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür