Modern.az

Azərbaycanda 400 məhbus azadlığa buraxılıb

Azərbaycanda 400 məhbus azadlığa buraxılıb

21 May 2013, 21:28

Azərbaycanda Amnistiya qərarının icrası davam edir.Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün amnistiya qərarı Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə daha 131 nəfər məhkuma şamil edilib.

Beləliklə, respublika prokurorluq və məhkəmə orqanları nümayəndələri ilə birgə qəbul olunmuş qərarlar əsasında mayın 21-dək Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrindən 381 nəfər məhkum cəzalarının çəkilməmiş hissəsindən azad edilib.

Cəzaçəkmə müəssisələrində amnistiya qərarının icrasında Penitensiar Xidmət üzrə təşkil edilmiş komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları iştirak edib, ayrı-ayrı müəssisələrdə qərarın icrası kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər