Modern.az

Xocalıda yük maşını aşdı

Xocalıda yük maşını aşdı

22 Yanvar 2023, 17:15

Xocalıda yük avtomobili aşıb.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Çanaqçı kəndində qeydə alınıb. 

 

Yük avtomobili havanın qarlı və yerin buzlu olması səbəbindən sürüşərək aşıb. Sumqayıt şəhər sakini Elnur Fərəcovun idarə etdiyi “İsizu” markalı yük avtomobili “Sirab” şirkətinə məxsusdur.

 

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı Xocalı RPŞ-də araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?