Modern.az

İranda prezidentliyə namizədlərin adları açıqlanıb - SİYAHI

İranda prezidentliyə namizədlərin adları açıqlanıb - SİYAHI

22 May 2013, 01:36

İranın Keşikçilər Şurası prezidentliyə namizədlərin təsdiqlənmiş siyahısını élan edib. Modern.az xəbər verir ki, “Fars” xəbər agentliyinin məlumatına görə, İran Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan siyahıda 8 namizədin adı var. Bunlar aşağıdakılardır:
Qulam Əli Həddad Adil, Səid Cəlili, Möhsün Rzayi, Həsən Ruhani, Məhəmməd Rza Arif, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Qarazi və Əli Əkbər Vilayəti.

Güclü namizədlərdən sayılan keçmiş prezident, islahatçıları dəstəkləyən Əli Əkbər  Haşimi Rəfsəncani seçkilərə buraxılmayıb.

İranda 11-ci prezident seçkiləri 2013-cü ilin iyun ayının 14-də keçəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər