Modern.az

Qənirə Paşayeva Ukraynada forumda çıxış edib

Qənirə Paşayeva Ukraynada forumda çıxış edib

Aktual

22 May 2013, 10:38


Millət vəkili Qənirə Paşayeva Ukrayna Azərbaycanlı Gənclər Birliyinin 3-cü forumunda iştirak edib. Modern.az-ın məlumatına görə, millət vəkili Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Odessa şəhərində keçirilən 3-cü forumunda “Xaricdə təmsilçilik. Alternativ yollar” adlı paneldə çıxış edib. O zamanı xaricdə təhsil alan gənclərimizin Azərbaycan haqqında həqiqətlərin, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında dolğun və düzgün məlumatların Ukrayna və eləcə də dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynaya biləcəyini xüsusi vurğulayaraq onları bu istiqamətdə səylərini daha da artırmağa çağırıb.

“Qarabağ probleminin həlli, torpaqlarımızın  Ermənistanın işğalından azad edilməsi, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə   harada doğulub harada yaşamasından asılı olmayaraq  bütün Azərbaycan gənclərinin əsas məsələsi olmalıdır. Biz bu iddiaların  qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir