Modern.az

Bahar Muradova: “Heç kim deyə bilməz ki, problemlər yoxdur”

Bahar Muradova: “Heç kim deyə bilməz ki, problemlər yoxdur”

22 May 2013, 10:47

Bu gün Milli Məclis və UNİCEF tərəfindən “Uşaq hüquqları və Biznes Prinsipləri” adı altında tədbir təşkil olunub. Modern.az xəbər verir ki, tədbirdə Milli Məclisin sədr müavini Bahar Muradova, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Sosial siyasət komitəsini sədri Hadi Rəcəbli, UNİCEF-in Azərbaycandakı nümayəndələrinin rəhbəri Mark Herevar, BMT-nin rezident-koordinatoru Antonios Broek iştirak edib.

Tədbirdə çıxış edən Bahar Muradova bildirib ki, Azərbaycanla UNİCEF arasında əlaqələri var. “Bu gün uşaq hüquqları barədə fikir mübadilələri aparacağıq. Mən UNİCEF-in Azərbaycandakı nümayəndələrinin rəhbəri Mark Herevarda şəxsən təşəkkürümü bildirəm. Əlbəttə, uşaq hüquqlarına hörmətlə yanaşmaq, onların sağlamlığı təhsili, təhlükəsizliyini həyata keçirmək hər bir dövlətin vəzifəsidir. Azərbaycanda bu yöndə bir sıra işlər görüb”.

B. Muradovanın sözlərinə görə, Azərbaycan o dövlətlərdəndir ki, burada uşaqlarla bağlı vəziyyət inkişaf etmiş və inkişaf etməkdə olan qonşu dövlətlərdən qat-qat yaxşıdır. “Amma heç kim deyə bilməz ki, problemlər yoxdur. Uşaq əməyindən istifadə hələ də qalır. Bu da daha çox sosial vəziyyəti yaxşı olmayan, valideynlərindən məhrum olan uşaqlarda daha çoxdur. Halbuki bu uşaqların valideynləri biznes qurumlarında işləyir. Hökumət bu istiqamətdə proqramlar hazırlayır. Biznes qurumlarının hədəfləri ondan ibarət olmalıdır ki, dövlətə dəstək versin”.

Tədbirdə çıxış edən UNİCEF-in Bakı nümayəndəliyinin rəhbəri Mark Herevard qeyd edib ki, Azərbaycanda 18 yaşa qədər təqribən 3 milyona yaxın şəxs var.“Uşaqlar biznesdə həm istehlakçılar, həm işçilərin ailə üzvləri, həm gələcək işçilərə çevrilən gənclər kimi əhəmiyyət kəsb edir. Bizneslər öz fəaliyyətlərini həyata keçirdiyi zaman uşaq hüquqlarına və uşaq həyatına necə təsir göstərdiklərinin nəzərə almalıdırlar”.

Herevard vurğulayıb ki, uşaqların gündəlik həyatında, gələcəyə köklənən strateji proqramların işlənib hazırlanmasında biznes strukturlarının rolu xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, beynəlxalq konvensiyalar hər kəsin üzərinə məsuliyyət qoyur ki, uşaq hüquqlarının təmin olunmasında iştirak edək.“Lakin bir sıra hallarda insan hüquqları barədə müzakirlər aparılan zaman bəzən uşaqların hüquqları nəzərə alınmır. Biznes düzgün istiqamətə yönəldiyi halda uşaq həyatına müsbət təsir göstərə bilər”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub