Modern.az

Xaricdə ali təhsil almaq istəyən abituriyentlərin sənəd qəbulu başladı

Xaricdə ali təhsil almaq istəyən abituriyentlərin sənəd qəbulu başladı

22 May 2013, 10:50

Modern.az xəbər verir ki, bu gündən etibarən xaricdə ali təhsil almaq istəyənlərin sənəd qəbulu başlanılır.

Belə ki, 2013/2014-cü tədris ilin üçün 22 may-15 avqust 2013-cü il tarixlərində xaricdə təhsil almaq istəyənlərin sənədlərin qəbulunu həyata keçiriləcək.

“Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2008-ci il tarixli, 128 saylı Qərarı ilə təsdiq olunmuş "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın 1.5-ci və 4-cü bəndlərinə əsasən Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 15.05.2013-cü il tarixli, 48 saylı Sərəncamına uyğun olaraq 2013/2014-cü tədris ilin üçün 22 may-15 avqust 2013-cü il tarixlərində sənədlərin qəbulunu həyata keçirəcək.

Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb saytlarında (www.edu.gov.az, www.xaricdetehsil.edu.gov.az) yerləşdirilmiş elanın mətnində verilən link vasitəsilə elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçiriləcək.

Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər (əsilləri istisna olmaqla) geri qaytarılmır.
Belarus, Estoniya, Latviya və Litva respublikalarında fəaliyyət göstərən ali təhsil müəssisələrinə yalnız 2013/2014-cü tədris ilindən etibarən müvafiq qaydada daxil olmuş tələbələrin təhsilinin maliyyələşdirilməsi təmin edilə bilər.
Almaniyanın səhiyyə qanunvericiliyindəki dəyişikliklərlə əlaqədar həmin ölkədə Dövlət Proqramı çərçivəsində rezidentura səviyyəsində təhsil almaq üçün yalnız Almaniyada tibb ixtisası üzrə mütəxəssis səviyyəsini bitirmiş və ya aprobasiya imtahanını müvəffəqiyyətlə verərək rezidenturada təhsil almaq hüququ qazanmış şəxslər müraciət edə bilər.


Aytən ƏLİYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir