Modern.az

“"Diffamasiya haqqında" qanunu razılaşdırmaq ərəfəsindəyik”

“"Diffamasiya haqqında" qanunu  razılaşdırmaq ərəfəsindəyik”

22 May 2013, 10:55


Bakıda “Park İnn” otelində Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) USAİD təşkilatıAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Amerika Hüquqşünaslar Assosiasiyası ilə birgə “İnsan hüquqları üzrə islahatlar: Diffamasiya haqqında qanunvericiliyin perspektivləri” mövzusunda tədbir başlanıb. Modern.az bildirir ki, Dəyirmi Masada Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iştirak edib.

Toplantıda çıxış edən Ə.Həsənov bildirib ki, diffamasiya mövzusu ilə bağlı neçə ildir Azərbaycan hökuməti ATƏT-lə əməkdaşlıq edir.

Ə. Həsənov qanun layihəsini Venetsiya Komissiyası ilə razılaşdırmaq ərəfəsində olduğunu deyib.

“Hazırda müvafiq qanun layihəsini Avropa Şurasının Venetsiya Komissiyası ilə razılaşdırmaq ərəfəsindəyik. Amma təəssüflər olsun ki, bəzən diffamasiyanın fəlsəfəsi düzgün təqdim olunmur. Bu qanun qəbul olunarsa kim-kimi nə vaxt istəsə təhqir edə biləcək kimi fikirlər tamamilə yanlışdır” – deyə, o əlavə edib.

Təbirdə çıxış edən Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, millət vəkili Əli Hüseynli “Diffamasiya haqqında” qanunun qəbul edilməsinə münasibət bildirib. “Cinayət Məcəlləsi ilə “Diffamasiya haqqında” qanun fərqli şeylərdir. Məcəllədəki 147 və 148-ci maddələr Avropa prinsipləri ilə əsas götürülüb. Bu maddələr əslində çəkindirici gücə malikdir. “Diffamasiya haqqında” qanun qəbul olunsa belə, bu maddələr dəyişilməyəcək”, – deyə vurğulayıb.

Vüqar İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?