Modern.az

Deputatlar uşaq hüquqlarının pozulmasından şikayətləndilər

Deputatlar uşaq hüquqlarının pozulmasından şikayətləndilər

22 May 2013, 11:41

Milli Məclisin deputatı Ziyad Səmədzadə Azərbaycanda uşaq hüquqlarının pozulmasından şikayətlənib. Modern.az-ın məlumatına görə, deputat bu barədə Milli Məclis və UNİCEF tərəfindən “Uşaq hüquqları və Biznes Prinsipləri” adı altında tədbirdəki çıxışında bildirib.

Millət vəkili deyib ki, dünya şirkətləri uşaqların hüquqlarını pozur. Bunun səbəbi isə sağlam olmayan reklam çarxlarıdır. “Avropada ümumi əhalinin sayında uşaqların payı 12-13 faiz, kasıb ölkələrdə isə 45-50 faiz təşkil edir. İnvestisiya kasıb ölkələrə göndərilirmi? Necə edək ki, investisiyalar kasıb ölkələrə də göndərilsin? Sovet dövründə bu məsələ həll olunmuşdu. Amma bu gün uşaqların əməyindən qanunsuz olaraq istifadə olunur. Qlobal maliyyə böhranında daha çox uşaqlar əziyyət çəkdi. Çünki dünyanın aparıcı ölkələri böhranın əsas səbəbini ictimai maraqların toqquşmasında göstərirlər. Sovetlər dönəmində isə ictimai maraqlar sözü var idi. Bütün bu məsələlərin həllində vətəndaş həmrəyliyi olmalıdır. Azərbaycanda son 10 ildə strateji planlama həyata keçirilir. Bunların hər birində uşaqların müdafiəsi ilə bağlı məsələlər var”.

Məclisin deputatı Hadi Rəcəbli isə bildirib ki, Milli Məclis uşaqların asudə vaxtının təşkili ilə bağlı qanun layihəsi üzərində işləyir

“Bəziləri elə hesab edir ki, biz köhnə düşərgələri yenidən qaytarmaq istəyirik. Amma bu belə deyil. Biz burada elə edəcəyik ki, işə götürən işçi ilə müqavilə bağlayarkən işçi uşaqların asudə vaxtının təşkil edilməsi ilə bağlı öz üzərinə öhdəlik götürsün. İşə götürən işçi ilə müqavilə bağlayarkən bildirsin ki, onun uşaqlarının asudə vaxtını təşkil edəcək”.

Deputatın sözlərinə görə bu bütün dünya təcrübəsində belədir. “Onu da qeyd etdi ki, bu gün sosial cəhətdən az qorunan ailələr var. Azərbaycanda yeni nəsil formalaşır ki, bu da qaçqın ailələrinin qaçqın uşaqları institutlarıdır. Burada 300 milyon uşaq daxildir. Ona görə də uşaqların biznes sahəsində qorunması üçün qanunlar daha da ciddiləşdirilməlidir”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir