Modern.az

Asim Xudiyev futbol hakimlərindən danışdı

Asim Xudiyev futbol hakimlərindən danışdı

22 May 2013, 12:49


“Bu mövsüm Azərbaycan çempionatı çox maraqlı mübarizə şəraitində keçdi. Hətta çempion son turlarda bəlli oldu. Aparılan islahatlar öz bəhrəsini artıq verməkdədir. Hakimlərimiz gündən-günə öz peşəkarlıqlarını artırmaqdadır”. Bunu Modern.az-a Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev deyib. “Xatırlayırsınızsa, əvvəllər bir neçə klub ilk altılığın oyunlarını idarə etmək üçün əcnəbi hakimlərin gətirilməsini istəmişdi. İndi artıq öz hakimlərimiz bu oyunları, həlledici oyunları idarə edə bilirlər. Düzdür, səhv olur, çalışmalıyıq ki, səhvləri azaldaq. Buda onu göstərir ki,  hakimlərim özləri də çalışırlar. Artıq əminliklə deyə bilərik ki, ildən ilə hakimlərimizin  səviyyəsi artır, başlıca olan da budur. Hakimlər komitəsi də öz növbəsində bu istiqamətdə çalışır və islahatlar həyata keçirir, nəticə də alınır. Artıq bizim gənc hakimlərimiz FİFA-nın təyinatı üzrə oyunlara dəvət alırlar. Bu gün Əlyar Ağayev və Rəhim Həsənov kimi hakimlərimiz FİFA-statusu daşıyırlar. Hesab edirəm ki, bu gün gənc,  perspektiv vəd edən hakimlərimiz yetişir”, – deyə A. Xudiyev qeyd edib.

  Abbas Quliyev  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!