Modern.az

Allahşükür Paşazadə İran səfərindən danışdı - VİDEO

Allahşükür Paşazadə İran səfərindən danışdı - VİDEO

22 May 2013, 13:19

İrana səfərini və orada keçirdiyi görüşlərin nəticələrini yüksək qiymətləndirən bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bu səfərin əslində çoxdan gözlənildiyini bildirib. Modern.az-ın ANS-ə istinadən verdiyi xəbərə görə, Şeyx İran rəsmiləri və din xadimləri ilə müzakirə etdiyi mövzuları da açıqlayıb.

Hacı Allahşükür Paşazadə Azərbaycan vətəndaşlarının həbs olunması məsələsinə toxunub. Şeyx bildirib ki, bu məsələ səfərin əsas məqsədi olmasa da, keçirilən görüşlər zamanı həmin şəxslərin azad edilməsi gündəmdə saxlanılıb.

Xatırladaq ki, Bütün Qafqazın Şeyxinin İrana səfəri mayın 18-də başlayıb. Hacı Allahşükür Paşazadə İran prezidenti və ali dini lider də daxil olmaqla bir sıra yüksək səviyyəli görüşlər keçirib. Elə bu səfər zamanı İranda həbs olunmuş Azərbaycan vətəndaşları Xalidə Xalid və onun sürücüsü azad edilib.

Artıq İranin Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarının azadlığa buraxılmasını rəsmi olaraq təsdiqləyib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?