Modern.az

Edvard Nalbandyan Əkrəm Əylislini dəstəklədi: “Onu ölkədən qovurlar” - AÇIQLAMA

Edvard Nalbandyan Əkrəm Əylislini dəstəklədi: “Onu ölkədən qovurlar” - AÇIQLAMA

22 May 2013, 14:24

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Azərbaycan yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” əsəri ilə bağlı danışıb. Modern.az saytının xəbərinə görə, Böyük Britaniyaya rəsmi səfəri çərçivəsində Oksford universitetində çıxış edən erməni nazir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarına toxunub.

Rəsmi Bakıya qarşı ittihamlar yağdıran düşmən ölkənin naziri Azərbaycanda torpaqların işğaldan azad olunması üçün müharibəyə hazırlıq ruhunun yüksək olmasından narahatlığını ifadə edib.

“Bir müddət əvvəl yazıçı Əkrəm Əylisliyə qarşı kampaniya aparılıb. Ona görə ki, yazıçı öz əsərində erməni talanları ilə bağlı mövzuya toxunub. Əkrəm Əylisli Azərbaycandan xaricdə sığınacaq tapmaq məcburiyyətində qalıb”- deyə Nalbandyan ağ yalan danışıb.

Erməni nazir bildirib ki, bütün bunlara baxmayaraq, Ermənistan Qarabağ probleminin sülh yolu ilə həlli üçün səylərini davam etdirəcək.

Xatırladaq ki, Əkrəm Əylislinin “Daş yuxular” əsəri ölkədə ciddi rezonans doğurub. Ölkə ictimaiyyəti bu kitabda əks olunan bədii hadisələrdə tarixin ciddi şəkildə təhrif olunmasına etirazını bildirib və yazıçı bütün dövlət mükafatlarından məhrum olunub. Buna baxmayaraq, Ə.Əylisli heç bir ölkəyə getməyib. Hazırd Bakıda yaşayır.

Yazıçı bir neçə gün öncə Modern.az-a müsahibəsində Bakıdan getmək haqda düşünmədiyini, əksinə yeni əsər yazmağa hazırlaşdığını vurğulayıb.

X.SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?