Modern.az

Uşaqlar yol hərəkətini öyrənirlər

Uşaqlar yol hərəkətini öyrənirlər

22 May 2013, 14:39
Azyaşlı uşaqlaq yol hərəkətinə dair bilik və bacarıqlarını nümayiş etdiriblər


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, 46 saylı məktəbdənkənar tərbiyyə işi mərkəzi və «Jurnalistika və İnkişaf Mərkəzi» İctimai Birliyinin təşkilatçılığı ilə paytaxtdakı 20 saylı orta məktəbdə yol hərəkətində təhlükəsizliyin təbliği mövzusundə maarifləndirici tədbir keçirilib. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutan tədbirdə məktəbin şagirdləri, müəllimlər və valideynlər də iştirak ediblər. Azyaşlı uşaqlaq yol hərəkətinə dair bilik və bacarıqlarını nümayiş etdiriblər.
Məktəbin direktoru Sabir Məmişov bildirib ki, rəhbərlik etdiyi təhsil ocağında şagirdlərə yol hərəkətinə dair geniş bilgilər verilir. Çünki yol hərəkətini kiçik yaşlarından öyrənmək şagirdlərin gələcək həyatında mühim rol oynayacaq: «Adam təəccüb edir ki, kiçik yaşlı uşaqlar bu qədər qaydaları necə öyrənib, necə yadda saxlayıblar. İnanıram ki, bundan sonra hamımız qaydalara daha ciddi əməl edəcəyik».
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə deyib ki, yol qəzalarında azyaşlı uşaqların da həlak olması, xəsarət alması üzücü və narahatlıq doğuran haldır. Onun sözlərinə görə, baş verən yol qəzalarının 43 faizini piyadavurma halları təşkil edir ki, onların arasında da məktəb yaşlı uşaqların vurulması da çoxluq təşkil edir. Bölmə rəisi uşaqları yol hərəkətinə dair bilikləri dərindən öyrənməyə və həyatda tətbiq etməyə çağırıb. 46 saylı məktəbəqədər tərbiyə işi mərkəzinin şöbə müdiri Fəridə Süleymanova da uşaqlara yol hərəkətinə dair biliklərin öyrədilməsinin mühim iş olduğunu deyib. Həyatını bu işə sərf etdiyini deyən şöbə müdiri bildirib ki, bu gün yol hərəkətinə dair bilikləri öyrənən şagirdlər bəzən evdə valideynlərini də öyrədir və ya böyükləri yol hərəkəti qaydalarına riayət etməyə məcbur edirlər.
Kiçik yol polisləri də bunu təsdiqləyərək bundan sonra da öyrəndiklərini evdə böyüklərə də öyrədəcəklərinə söz veriblər. Tədbirin sonunda uşaqlar yol hərəkətinə dair sualları cavablandırıblar. Uşaqların yol nişanlarına dair suallara düzgün cavab verməsi maraqla qarşılanıb.
Tədbirin sonunda isə məktəblilərə hədiyyələr təqdim olunub.  

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir