Modern.az

Qarabağ qaziləri Aslan İsmayılovun müdafiəsinə qalxdılar

Qarabağ qaziləri Aslan İsmayılovun müdafiəsinə qalxdılar

Aktual

22 May 2013, 14:39

“Qarabağ qaziləri” ictimai birliyi Vəkillər Kollegiyasının tanınmış hüquqşünas, vəkil Aslan İsmayılovun kollegiya üzvlüyündən xaric edilməsi qərarını pisləyib. Bununla bağlı “Qarabağ qaziləri” ictimai birliyinin sədri Etimad Əsədovun açıqlaması yayılıb. Açıqlamada deyilir ki, Aslan İsmayılov Azərbaycanın çox tanınmış, azsaylı təcrübəli, ədalətli vəkillərindən biridir. E.Əsədov vəkilə qarşı belə davranışın yolverilməz olduğunu, bunun Azərbaycan hüququ sisteminə qara bir ləkə hesab etdiyini deyib:

“Aslan İsmayılov Azərbaycanın çox savadlı, obyektiv,  prinsipial vəkillərindən biri,  ləyaqətli insan, məsuliyyətli vətəndaşıdır. Biz onun bu keyfiyyətlərini “Sumqayıt hadisələri” işindən tutmuş ta bu günə qədər davam edən səmərəli fəaliyyəti zamanı dəfələrlə şahid olmuşuq. Elə 2001-ci ildə Azərbaycanda Qarabağ qazilərinin ümumrespublika aksiyası zamanı yaranmış gərgin və ağır günlərdə də onu yanımızda gördük. Təmənnasız xidməti ilə bizə dəstək olan Aslan İsmayılov bu missiyasını sonralar da davam etdirdi”.

Qarabağ qaziləri hesab edir ki, son illər Aslan İsmayılova qarşı planlı və qərəzli şəkildə bir təzyiq kampaniyası aparılır. Keçmiş döyüşçülər inanırlar ki, dövlət başçısı İlham Əliyev bu ədalətsizliyə qarşı öz sözünü deyəcək.

“Biz Azərbaycanın tanınmış vəkili Aslan İsmayılova qarşı aparılan bu kampaniyanı pisləyir, ona qarşı təzyiqlərin dayandırılmaısını tələb edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahiş edirik ki, bu olayı öz nəzarətinə götürsün, vəkilin hüquqlarının pozulmasının qarşısının alınmasında lazımı köməklik göstərsin. İnanırıq ki, İlham Əliyev cənabları bu ədalətsizliyə qarşı öz sözünü deyəcək.”-deyə E.Əsədov bildirib.

Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?