Modern.az

“Azərbaycanda Türkiyə təcrübəsindən istifadə edəcəyik”

“Azərbaycanda Türkiyə təcrübəsindən istifadə edəcəyik”

22 May 2013, 15:19

“Ali təhsil sahəsində olan məsələlərin həlli, gələcək inkişaf prespektivlərini, Azərbaycanla-Türkiyə arasında təhsil sahəsindəki münasibətlər, bundan sonra görüləcək işlərlə bağlı planları
türkiyəli həmkarımla müzakirə etdim”.

Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Türkiyənin milli təhsil naziri Nabi Avçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, bu cür fikir mübadiləsi tələblərə və ali təhsil müəssisələrinə öz müsbət təsirini göstərəcək”.
M. Cabbarov onu da vurğulayıb ki, gələcək planlar barədə müəyyən razılıq əldə olunub.

“Azərbaycanda məktəbəqədər tədris prosesi, orta məktəb, peşə təhsili sahəsində Türkiyənin təcrübəsini öyrənəcəyik”-deyə, M. Cabbarov əlavə edib.

Türkiyənin təhsil naziri Nəbi Avcı isə çıxışında  bildirib ki, bəzi firmalar Azərbaycandan Türkiyəyə təhsil almaq üçün getmək istəyən tələbələrə çox da düzgün olmayan məlumatlar verirlər. Nazir vurğulayıb ki, bəzi mövcud olmayan universitet ixtisasları üçün tələbələrə yalançı vədlər verirlər.
“Azərbaycandan Türkiyəyə gəlmək istəyən tələbələr Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edəcəkləri təqdirdə ziyan görməyəcək” deyə nazir qeyd edib. N.Avçı bildirib ki, fəaliyyəti bəlli olmayan vasitəçi qurumlara etibar edilməməlidir.
“Türkiyədəki universitetlərə qəbul məqsədilə internetlə müraciət artıq mümkün olduğu üçün ya birbaşa onların özlərinə, ya da Türkiyənin Azərbaycandakı Səfirliyinə müraciət etməklə daha etibarlı məlumatlar ala bilərlər”.

Türkiyəli nazir onu da vurğulayıb ki, Türkiyə Azərbaycandan adıçəkilən ölkəyə oxumağa gələn azərbaycanlı gənclərin burada hər hansı bir problemlə üzləşməsini istəmir.  “Bunun üçün azərbaycanlı gənclərin Türkiyəyə oxumağa ən yaxşı və etibarlı yollarla gəlmələrini arzulayırıq. Azərbaycanlı gənclərin Türkiyə universitetlərində təhsil almalarından çox şadıq”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır