Modern.az

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar

Təhsil

22 May 2013, 15:32

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Daşkəsəndə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Əsgər Əmirov Seymur Mahir oğlu düşmən tərəfindən açılan atəş nəticəsində sol ayağından yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.  Qeyd edək ki, S. Əmirov Hacıqabul rayonundan hərbi xidmətə çağırılıb.

 Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır