Modern.az

Bahar Muradova: “Minsk Qrupunun nəticəsizliyi ATƏT-in sessiyasında müzakirə olunacaq”

Bahar Muradova: “Minsk Qrupunun nəticəsizliyi ATƏT-in sessiyasında müzakirə olunacaq”

Təhsil

22 May 2013, 15:49

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsiplərə razılıq verilməsinin vacibliyinin səslənməsi artıq ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələdə nəticə əldə etmələrinin işartılarını göstərir”. 

 Modern.az-a açıqlama verən ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, son dövrdə Dağlıq Qarabağla bağlı qarşılıqlı səfərlər, danışıqlar intensivləşib. O bildirib ki, ATƏT PA-nın yay sessiyasında Siyasi Komitənin məruzə və qətnaməsində münaqişə ilə bağlı fikirlər öz əksini tapıb:  

“Məsələ ATƏT PA-nın fəaliyyətinin bir növü kimi müzakirə olunacaq”.

ATƏT-in Minsk Qrupunun işi ilə bağlı sədr müavini bildirib ki, nəticənin olmaması ilə bağlı ATƏT-in Minsk qrupuna səslənən iradlar haqlıdır:  

“Paradoks ondan ibarətdir ki, Minsk Qrupunun fəaliyyəti var, nəticə isə yoxdur”.

B.Muradovanın sözlərinə görə, Minsk Qrupunun fəaliyyətinin nəticəsizliyi ATƏT-in yay sessiyasında qaldırılacaq: “Dağlıq Qarabağla bağlı məsələ ATƏT-in yay sessiyasına salınmadığı üçün bu məsələyə həlli uzadılmış münaqişələrə münasibət kontekstində fikrimizi bildirəcəyik”. 

Gültəkin ƏLƏSGƏR  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür