Modern.az

Səttar Mehbalıyev: “Jurnalistlərin Həmkarlar İttifaqı fəaliyyət göstərmir” - AÇIQLAMA

Səttar Mehbalıyev: “Jurnalistlərin Həmkarlar İttifaqı fəaliyyət göstərmir” - AÇIQLAMA

Qarabağ

22 May 2013, 15:53

“Jurnalistlərin Həmkarlar İttifaqın üzvlük haqqı ödənmədiyi üçün həmin təşkilat demək olar ki, fəaliyyət göstərmir. Çünki jurnalistlər sosial problemləri həll eləmək üçün üzvlük haqqı ödəməlidirlər. Amma bu ödəmələr həyata keçirilmir”.

Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev Konfederasiya ilə Müşfiq Ələsgərlinin rəhbərlik etdiyi Jurnalistlərin Həmkarlar İttifaqı arasında aparılan danışıqları şərh edərkən deyib.

Hələ ki danışıqların aparıldığını deyən S. Mehbalıyev qeyd edib ki, maliyyəsi olmayan bu qurum bir təşkilat kimi fəaliyyət göstərə və sosial problemlərini həll edə bilmir.
“Qəzetlərin bir çoxu bizim Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatında fəaliyyət göstərirlər. Ola bilər ki, bəzi qəzetlər özləri birləşib və təşkilat yaradıblar. Ancaq yenə deyirəm ki, Həmkarlar Təşkilatının üzvləri bizdə olduğu kimi, üzvlük haqqı ödəyərək bir çox sosial problemlərin həllində istifadə edə bilərlər. Amma onlarda bu yoxdur”-deyə AHİŞ sədri vurğulayıb.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı